Azərbaycan ötən il avtomobil benzininin istehsalını artırıb - CƏDVƏL

Azərbaycan ötən il avtomobil benzininin istehsalını artırıb - CƏDVƏL
# 19 yanvar 2023 10:53 (UTC +04:00)

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 136,3 mln. manat olmaqla, əvvəlki illə müqayisədə 4,2% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə avtomobil benzininin istehsalı 1,4% artıb.

Məlumata görə, ötən il ölkədə neft bitumu istehsalı 5,5%, dizel yanacağının istehsalı 15,5%, neft koksunun istehsalı 18,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 21,6%, sürtkü yağlarının istehsalı 23,5%, yanacaq mazutunun istehsalı isə 26,9% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, ötən ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb, bu da məhsulların istehsal həcminə təsirini göstərib.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

1 282,7

101,4

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

296,1

78,4

Ağ neft, min ton

563,6

114,6

Dizel yanacağı, min ton

2 040

84,5

Yanacaq mazutu, min ton

77,7

73,1

Sürtkü yağları, min ton

44,6

76,5

Neft bitumu, min ton

342,4

94,5

Neft koksu, min ton

209,6

81,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR