Azərbaycan ötən il avtoyanacaq istehsalını artırıb - CƏDVƏL

Azərbaycan ötən il avtoyanacaq istehsalını artırıb - CƏDVƏL
# 18 yanvar 2022 15:52 (UTC +04:00)

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 394,6 mln. manat olub ki, bu da illik müqayisədə 13,4% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 70,5%, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı 67,2%, sürtkü yağlarının istehsalı 39,1%, neft koksunun istehsalı 29,7%, dizel yanacağının istehsalı 16,2%, avtomobil benzininin istehsalı isə 7,9% artıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2021-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

1 259,5

107,9

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

400,7

167,2

Ağ neft, min ton

490,1

97,6

Dizel yanacağı, min ton

2 403,6

116,2

Yanacaq mazutu, min ton

105

170,5

Sürtkü yağları, min ton

49,1

139,1

Neft bitumu, min ton

362,2

96,6

Neft koksu, min ton

255,3

129,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR