Azərbaycan ötən il elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan ötən il elektrik enerjisinin istehsalını artırıb
# 16 yanvar 2023 13:19 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 1 113,2 mln.kVt/st, yəni 4% artaraq 28 988,5 mln. kVt/st olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 2021-ci ilə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 785,1 mln. kVt/st artaraq 27 043,3 mln. kVt/st, SES-lərdə 318,5 mln. kVt/st artaraq 1 595,7 mln. kVt/st təşkil edib. Digər mənbələr (KES, GES və BMTZ) üzrə isə elektrik enerjisinin istehsalı 349,5 mln. kVt/st olub.

12 ay ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt/st, günəş elektrik stansiyalarında 60,9 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 205,3 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

2022-ci il ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 26 186,9 mln. kVt/st (İES-lərdə 24 708,2 mln. kVt/st, SES-lərdə 1 478,7 mln.kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 474,8 mln. kVt/st (İES-lərdə 315,84 mln. kVt/st, SES-lərdə 102,52 mln. kVt/st, GES-də 56,41 mln. kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 62,6 mln. kVt/st, müstəqil elektrik stansiyaları üzrə isə 2 264,2 mln. kVt/st təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR