Azərbaycan ötən il neft-qaz hasilatını artırıb 

Azərbaycan ötən il neft-qaz hasilatını artırıb 
# 18 yanvar 2022 15:05 (UTC +04:00)

Ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 35,1 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 1,9% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 34,5 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 32,6 mlrd. kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 0,1 %, əmtəəlik qaz hasilatı isə 23% artıb.

Qeyd olunur ki, hesabat dövründə respublikada 34,58 mln. ton neft və 43,86 mlrd. kubmetr qaz hasil edilib, bu da illik müqayisədə müvafiq olaraq 0,1% və 18% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR