Azərbaycan-Pakistan enerji əməkdaşlığının inkişafı perspektivləri müzakirə edilib

Azərbaycan-Pakistan enerji əməkdaşlığının inkişafı perspektivləri müzakirə edilib
# 17 sentyabr 2022 13:14 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda səfərdə olan Pakistanın Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Masud Maliki qəbul edib.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə enerji sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının inkişafı üzrə perspektiv imkanlar nəzərdən keçirilib. Azərbaycanın enerji ixrac infrastrukturunun genişləndirilməsi, təbii qazın nəqli və ixracı sahəsindəki təcrübəsi vurğulanıb, Pakistana mayeləşdirilmiş təbii qaz tədarükü, ölkədə boru nəql infrastrukturu, maye qazın reqazifikasiyası, neft emalı, neft məhsullarının pərakəndə satışı kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycanın “yaşıl enerji” potensialı, bu potensialın reallaşdırılması istiqamətində xarici investisiyaların cəlbi ilə icra olunan layihələr, xüsusilə işğaldan azad olunan ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün görülən işlər haqqında məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR