Azərbaycan qaz hasilatını 13% artırıb

Azərbaycan qaz hasilatını 13% artırıb
# 08 avqust 2022 15:13 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan, 14,8 milyard kubmetri “Şahdəniz” yatağından hasil olunub.

Məlumata görə, hesabat dövründə SOCAR üzrə hasilat 4,6 milyard kubmetri təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR