Azərbaycan qaz ixracını 23% artırıb

Azərbaycan qaz ixracını 23% artırıb
# 12 sentyabr 2022 11:19 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 14,4 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 23% artım deməkdir.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“Operativ məlumatlara əsasən, cari ilin 8 ayı ərzində Avropaya 7,3 mlrd. kubmetr, Türkiyəyə 5,4 mlrd. kubmetr, Gürcüstana isə 1,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 23% artıb”, - paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR