Azərbaycan qaz ixracını 40% artırıb

Azərbaycan qaz ixracını 40% artırıb
# 30 dekabr 2021 14:53 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xaricə qaz satışı təxminən 16,9 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,8% çoxdur.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında Türkiyəyə təqribən 7,7 mlrd. kubmetr, Avropaya təqribən 7,3 mlrd. kubmetr, Gürcüstana isə 1,8 mlrd. kubmetr qaz ixrac edilib.

“Bu dövrdə BTC boru kəməri sisteminə 92 mln. kubmetr qaz verilib”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, Türkiyəyə Trans-Anadolu kəməri (TANAP) vasitəsi ilə bu müddətdə 5,1 mlrd. kubmetrdən çox qaz nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR