Azərbaycan son 12 ildə qaz ixracını 5 dəfədən çox artırıb

Azərbaycan son 12 ildə qaz ixracını 5 dəfədən çox artırıb
# 13 sentyabr 2019 10:36 (UTC +04:00)

Azərbaycan son 12 ildə qaz ixracını 5,2 dəfə artırıb. Bu barədə "APA-Economics" SOCAR-a istinadən xəbər verir.

Məlumata əsasən, əgər 2007-ci ildə Azərbaycan 1,82 mlrd. kubmetr qaz ixrac edibsə, 2018-ci ildə bu göstərici 9,44 mlrd. kubmetr təşkil edib.

Qeyd edək ki, qaz ixracının artması ölkədə “mavi yanacağ”ın hasilatının artması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR