Azərbaycan Qazaxıstanın "Tengiz" yatağını elektrik kabel məhsulları ilə təchiz etməyə başlayıb

Azərbaycan Qazaxıstanın "Tengiz" yatağını elektrik kabel məhsulları ilə təchiz etməyə başlayıb
# 03 iyul 2019 12:09 (UTC +04:00)

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstanın “Tengiz” yatağının elektrik xətlərinin qurulması üçün nəzərdə tutulan kabel məhsullarının ixracını həyata keçirib.

STP-dən “APA-Economics”ə verilən məlumata görə, iyun ayının 4-ü və 10-u “Tengiz” yatağının istismarını həyata keçirən “Tengizchevronoil” şirkətinin layihəsinin kabel ilə təchiz olunması məqsədilə STP iki müqavilə imzalayıb. Müqavilələrə əsasən, STP neft yatağı üçün ümumi dəyəri 329 min ABŞ dolları olan 55 tona yaxın mis damarlı aşağı gərginlikli kabellərin ixracını həyata keçirməli idi. İxracı nəzərdə tutulan məhsulların bir qismi qısa zamanda istehsal olunaraq iyunun 24-ü göndərilib. Məhsulların digər qismi isə yaxın günlərdə ixrac ediləcək. “Tengiz” neft yatağı üçün qarşıdan gələn aylarda yeni kabel satışı müqavilələrinin bağlanması da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR