Azərbaycan qazın idxalını 20% artırıb

Azərbaycan qazın idxalını 20% artırıb
# 22 iyun 2022 11:39 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 218 057,04 min kubmetr təbii qaz idxal edib, bu da illik müqayisədə 20,2% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə idxal edilən qazın dəyəri 14 665,83 min ABŞ dolları təşkil edib, bu da 2,1 dəfə artım deməkdir.

Məlumata görə, yanvar-apreldə idxal edilən qazın 151 965,86 min kubmetri (12 157,27 mln. dollar dəyərində) Türkmənistanın, 66 091,19 min kubmetri (2 508,56 min dollar dəyərində) İranın payına düşüb.

Qeyd edək ki, ötən il Azərbaycan 19 385,42 min dollar dəyərində 510 564,9 min kubmetr qaz idxal edib.

Xatırladaq ki, noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair (SWAP) müqavilə imzalanıb. Türkmənistan Azərbaycan tərəfinə İran vasitəsilə gündə 5-6 mln. kubmetr qaz nəql edəcək, illik həcm 1,5-2 mlrd. kubmetr olacaq. Müqavilə çərçivəsində qazın nəqlinə bu ilin yanvarından start verilib. İdxal edilən qaz əsasən Naxçıvan Muxtar Respublikasını “mavi yanacaq” ilə təmin olunmasında istifadə olunur.

SWAP müqaviləsi çərçivəsində İran Türkmənistan qazını Azərbaycana tədarük etməklə özünün beş əyalətinin qaz ehtiyacını təmin edə biləcək.

SWAP sxemi o deməkdir ki, Türkmənistan qazının Azərbaycana tədarükü üçün Aşqabad öz yanacağını İrana, İran isə öz növbəsində Azərbaycana tədarük edəcək. Üçüncü ölkələr vasitəsilə belə ixrac sxemləri karbohidrogenlərin birbaşa ötürülməsi üçün hazır infrastruktur olmadıqda tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR