Azərbaycan qızıl hasilatını 10% artırıb

Azərbaycan qızıl hasilatını 10% artırıb
# 20 iyun 2019 13:12 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 395,9 kq qızıl hasil edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9,8% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 1 364,9 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,1% artıb.

Metal filizlərinin hasilatı:

Məhsul növləri

2019-cu ilin yanvar-may aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

805

144,9

Qiymətli metal filizləri və konsentratları, kq

2 760,8

113,7

o cümlədən:

qızıl

1 395,9

109,8

gümüş

1 364,9

118,1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR