Azərbaycan səmt qazının hasilatını artırıb

Azərbaycan səmt qazının hasilatını artırıb
# 04 may 2022 16:44 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft yataqlarından 3 924 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 5,6% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə ölkədə 3 716,3 mln. kubmetr səmt qazı hasil edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 1 355,9 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 15% çoxdur. Belə ki, 2021-ci ilin yanvar-mart aylarında bu göstərici 1 179,8 mln. kubmetrə bərabər olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 065,6 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 13,2% çoxdur. 2021-ci ildə istehsal edilən səmt qazının 4 477 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 31,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR