Azərbaycan-Türkiyə-Avropa Enerji Qovşağı qurulacaq

Azərbaycan-Türkiyə-Avropa Enerji Qovşağı qurulacaq
# 22 iyul 2022 13:17 (UTC +04:00)

Azərbaycan (Naxçıvan MR)‒Türkiyə‒Avropa Enerji Qovşağı qurulacaq.

APA xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Sənəddə bildirilib ki, “Azərenerji” ASC 2025-2026-cı ildə 1 ədəd Çevirici (HVDC) yarımstansiyanın tikintisini, 230 km uzunluğunda 400kV-lıq ikidövrəli xəttin çəkilməsini təmin etməlidir. Azərbaycan (Naxçıvan MR)‒Türkiyə‒Avropa Enerji Qovşağı Türkiyə Respublikasına birbaşa enerji ixracı imkanı yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR