Azərbaycan Türkiyə ərazisi ilə neftin nəqlini azaldıb

Azərbaycan Türkiyə ərazisi ilə neftin nəqlini azaldıb
# 29 avqust 2019 13:01 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 142,17 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-iyul aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 147,43 mln. barel yaxın neft nəql edilib.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR