Azərbaycan və Almaniya energetika sahəsində əlaqələri daha da möhkəmləndirəcək

Azərbaycan və Almaniya energetika sahəsində əlaqələri daha da möhkəmləndirəcək
# 17 avqust 2019 12:18 (UTC +04:00)

Almaniyanın Reynland-Pfalts federal torpağının İqtisadi Məsələlər, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda işgüzar səfərdə olan alman iş adamlarından ibarət nümayəndə heyəti Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) olub.

AERA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Agentliyin İdarə Heyətinin sədri Samir Axundov Almaniya nümayəndələrinə yeni yaranan Agentliyin fəaliyyət istiqamətlərindən və müvafiq qanunvericiliyin yenilənməsi sahəsində görülən işlər barədə məlumat verib. Yeni yaranmaqda olan enerji bazarının xüsusiyyətlərindən danışarkən o, alternativ və bərpa olunan enerji mənbələrinin əhəmiyyətini, ölkənin energetika sahəsinə xarici investorların cəlb edilməsinin vacibliyini vurğulayıb.
Alman nümayəndə heyətinin rəhbəri Frans Zays Reynland-Pfalts ölkəsinin fərqli sahələrdə, həmçinin, energetika sahəsindəki təcrübələrindən söz açıb. Görüşdə müxtəlif şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparılıb. Neft-qaz sənayesi və ictimai inşaat infrastrukturu sahələrində xidmət təminatı, unikal patentli kompleks həllər və digər sahələrdəki alman təcrübəsindən nümunələr gətirilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR