Azərbaycan və BƏƏ “OPEC+” formatında əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və BƏƏ “OPEC+” formatında əməkdaşlığı müzakirə ediblər
# 11 may 2022 10:23 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Pərviz Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi”nin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Məlumata görə, görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Qaradağ GES-in inşası iki ölkə arasında yüksək münasibətlərin töhfəsi və “yaşıl” enerji əməkdaşlığının başlanğıcı kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha ifadə edilib.

Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC+” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR