Azərbaycan və Rumıniya enerji əməkdaşlığının prioritetlərini müzakirə edib

Azərbaycan və Rumıniya enerji əməkdaşlığının prioritetlərini müzakirə edib
# 22 sentyabr 2022 16:43 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku ilə Azərbaycandan qaz tədarükü və "yaşıl enerji”nin Qara dəniz sualtı elektrik xətti ilə nəqli kimi enerji əməkdaşlığının prioritetlərini müzakirə ediblər.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.

“Həmkarım Virgil-Daniel Popesku ilə Azərbaycandan qaz tədarükü və "yaşıl enerji”nin Qara dəniz sualtı elektrik xətti ilə nəqli kimi enerji əməkdaşlığımızın prioritetlərini müzakirə etdik. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın yaşıl enerji üzrə tərəfdaşlıq perspektivləri böyükdür”, - paylaşımda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR