Azərbaycan və Rumıniya “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Rumıniya “yaşıl enerji” sahəsində əməkdaşlıq edə bilər
# 05 may 2022 17:52 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” tədbiri çərçivəsində Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə görüşüb.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya ixracı perspektivləri müzakirə edilib.

Məlumata görə, Gürcüstan və Qara dənizdən keçməklə sualtı elektrik kabeli vasitəsi ilə ötürülməsi nəzərdə tutulan enerji həcmlərinə dair fikir mübadiləsi aparılıb.

Layihənin region ilə Avropa bazarı arasında elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti nəzərə alınmaqla, müzakirələrin intensivləşdirilməsi üçün qısa zamanda maraqlı tərəflər arasında üçtərəfli onlayn işçi görüşün keçirilməsi razılaşdırılıb.

Görüş zamanı ikitərəfli enerji əməkdaşlığının inkişafına dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR