Azərbaycan və Türkiyə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, imza mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, sənədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imza atıblar.