Azərbaycan və Türkiyə energetika nazirlərinin ikitərəfli görüşü keçirilib - FOTO

Azərbaycan və Türkiyə energetika nazirlərinin ikitərəfli görüşü keçirilib  - FOTO
# 06 oktyabr 2022 16:09 (UTC +04:00)

Azərbaycan energetika naziri Pərviz Şahbazov və türkiyəli həmkarı Fatih Dönməzin ikitərəfli görüşü baş tutub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, nazirlər İstanbulda keçirilən Azərbaycan Azərbaycan-Türkiyə II Enerji Forumu çərçivəsində görüşüb.

Qeyd edək ki, Forum çərçivəsində əməkdaşlıq prioritetləri üzrə İşçi qruplarının fəaliyyəti nəzərdən keçiriləcək. Karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə 4 İşçi qrupunun oktyabrın 5-də keçirilmiş görüşlərinin nəticələri barədə müzakirələr aparılacaq. Həmçinin təbii qaz və elektrik enerjisinin tədarükü, eləcə də tranziti ilə bağlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə ediləcək.

Forumda, həmçinin SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Azərenerji” ASC-nin sədr müavini Vüqar Şahmuradov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun departament direktoru Tural Hacılı, BOTAŞ-ın baş direktoru Burhan Özcan, TPAO-nun baş direktoru Melih Han Bilgin, TEİAŞ-ın baş direktoru Orhan Kaldırım, EÜAŞ-ın baş direktoru İzzet Alagöz, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digər qurumların təmsilçiləri çıxış edəcəklər.

Tədbirin yekununda “Azərbaycan-Türkiyə II Enerji Forumunun Protokolu” imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR