"Azərbaycan Xəzər Gəmiçiliyi" büdcəyə 5 milyon manat dividend ödəyib

"Azərbaycan Xəzər Gəmiçiliyi" büdcəyə 5 milyon manat dividend ödəyib
# 17 avqust 2022 15:26 (UTC +04:00)

2021-ci ilin dövlət büdcəsində səhmlərində dövlətin payı olan müəssiələrdən alınan dividendlər üzrə 168 milyon 50 min manat məbləğində proqnoz 127 milyon 24,2 min manat və ya 24,4% az olmaqla icra edilib.

Bu barədə "APA-Economics"ə Hesablama Palatasından bildirilib. Məlumata görə, proqnozun az yerinə yetirilməsi iri dövlət şirkətləri üzrə dövlət büdcəsinə təsdiq edilmiş 46 milyon manata qarşı 5 milyon manat və ya 89,1% az yeririnə yetirilməsi ilə bağlıdır. Bildirilib ki, beş iri dövlət şirkətindən "Azərbaycan Xəzər Gəmiçiliyi" QSC 5 milyon manat dividend ödəyib, "Azərbaycan Beynəlxalq Bankı" ASC təsdiq edilmiş proqnozu 107%, "Aqrarkredit" QSC və "Azərlotoreya" ASC isə proqnozu 100% həcmində icra edib.
"Azər Türk Bank" ASC və "İstehlak Mallarının Ekspertiza Mərkəzi" MMC isə proqnoz müəyyən edilməsinə baxmayaraq büdcəyə dividend ödəməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR