Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad edilib - YENİLƏNİB

Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad edilib - YENİLƏNİB
# 29 yanvar 2022 17:30 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv olunub

Eyni zamanda 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzinin hər 1000 litri üçün 15 faiz idxal gömrük rüsumu da ləğv olunub.

Bu Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq edilir və 2022-ci il 1 iyun tarixinədək qüvvədədir.

***

saat 17.16

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.

Bu Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq edilir və 2022- ci il 1 iyun tarixinədək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR