"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda 2032-ci ilə kimi təbii qaz istehsalı üzrə proqnozunu açıqlayıb.
"APA-Economics" Agentliyə istinadən xəbər verir ki, 2022-2031-ci illər arasında Azərbaycanda qaz hasilatı dalğavari dəyişəcək. Belə ki, 2022-2025-ci illər arasında olan intervalında qaz hasilatı artacaq, 2026-cı ildə başlayaraq isə azalmağa başlayacaq, lakin 2030 ildən yenidən artıma doğru yönələcək.
Belə ki, proqnoza əsasən, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə qaz istehsalı üzrə ən yüksək göstərici – 37,3 mlrd. kubmetr, 2031-ci-cı illərdə qeydə alınacaq, ən aşağı göstərici isə - 26,1 mlrd. kubmetr, 2020-ci ilə payına düşür.
Azərbaycanda təbii qazın hasilatı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:
Azərbaycanda qaz hasilatı – 2020-2025-ci illər |
||||||
İndikatorlar |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
İstehsal, mlrd. kubmetr |
26,1 |
32,6 |
35,5 |
36,2 |
36,6 |
36,6 |
Ötən il ilə müqayisə, %-lə |
6,5 |
24,8 |
9 |
2 |
1 |
0 |
|
||||||
Azərbaycanda qaz hasilatı – 2026-2031-ci illər |
||||||
İndikatorlar |
2026 |
2027 |
2028 |
2029 |
2030 |
2031 |
İstehsal, mlrd. kubmetr/gün |
36,5 |
36,4 |
36,2 |
36 |
36,4 |
37,3 |
Ötən il ilə müqayisə, %-lə |
-0,3 |
-0,3 |
-0,5 |
-0,5 |
1 |
2,5 |