Azərbaycanda 2,2 mlrd. ton neft hasil olunub

Azərbaycanda 2,2 mlrd. ton neft hasil olunub
# 02 iyun 2023 17:11 (UTC +04:00)

İşlənmənin əvvəlindən Azərbaycan üzrə istismarda olmuş yataqlardan 01.01.2023-ci il tarixinə olan məlumata görə 2,2 mlrd. ton neft hasil olunub.

Bu barədə "APA-Economics" SOCAR-ın "Caspian Oil&Gas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə respublikada 992 mlrd. kubmetr qaz hasil edilib.

Qeyd olunur ki, 01.01.2023 il tarixinə gedər Azərbaycan ərazisində 81 neft-qaz yatağı aşkar olunub. Hazırda ölkədə 58 yataqdan karbohidrogen hasil edilir, bunların 39-u quruda, 19-u isə dəniz ərazisində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR