Azərbaycanda 3 ildən bir məcburi enerji auditi keçiriləcək

Azərbaycanda 3 ildən bir məcburi enerji auditi keçiriləcək
# 22 iyun 2021 13:05 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi müzakirə edilib.

APA-nın məlumatına görə, qanun layihəsi 8 fəsil, 23 maddədən ibarətdir.

Qanun layihəsinə əsasən, enerji auditorların reyestri yaradılacaq, məcburi enerji auditi keçiriləcək qeyri-yaşayış binaları müəyyənləşdiriləcək. Enerji auditoru enerji auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi olan fiziki şəxs olacaq. Məcburi enerji auditi 3 ildən bir keçiriləcək. Məcburi enerji auditinin aparılması ilə bağlı tələblər Azərbaycan Respublikası rezidentlərinin Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filial və nümayəndəliklərinə şamil edilmir.

Eyni zamanda Azərbaycanda enerji menecmenti sistemi formalaşdırılacaq. Qanun layihəsində enerji effektivliyi fondu yaradılması təklif olunur. Həmçinin, qeyd edilir ki, Azərbaycanda gözlənilən və ya əldə ediləcək enerjiyə qənaət miqdarı müəyyən edilsin.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR