Azərbaycanda alternativ enerji sahəsində hərraca çıxarılacaq layihələrin ümumi gücü məlum olub

Azərbaycanda alternativ enerji sahəsində hərraca çıxarılacaq layihələrin ümumi gücü məlum olub
# 19 noyabr 2019 13:10 (UTC +04:00)

Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrin ümumi gücü 3 267,5 MVt təşkil edir.

"APA-Economucs"in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilən "Elektrik Enerjisi Sektorunun Maliyyə Bərpası Planının hazırlanması" texniki yardım layihəsi çərçivəsində keçirilən "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlimdə bildirilib.

Məlumata əsasən, qeyd olunan 8 layihə üzrə ümumi gücündən 2 825 MVt-ı günəş, 442,2 MVt-ı isə külək elektrik stansiyaların (3-ü günəş, 5-i isə külək elektrik stansiyası) payına düşəcək.

Belə ki, tikiləcək elektrik stansiyaları tərəfində ümumi istehsal olunan elektrik enerjisinin həcmi 5 105,47 mln. KVt-saat təşkil edəcək. İstehsal ediləcək elektrik enerjinin 3 764 mln. KVt-saatı günəş, 1 343,47 mln. KVt-saatı külək elektrik stansiyaların payına düşəcək.

Qeyd edək ki, planlara əsasən, 8 layihə üzrə tikiləcək 5 külək elektrik stansiyası Sitalçay, Pirkəşkül, Qızıldaş və Sənqəçal qəsəbələrində yerləşəcək. Günəş elektrik stansiyaları isə Hacıqabul rayonunun Atbulaq kəndinin şimal-şərqində, Abşeron Milli Parkının yaxınlığında və Ələt qəsəbəsinin 2 km cənubunda tikiləcək.

Xatırladaq ki, layihələr üzrə ilk hərracın keçirilməsi 2020-ci ildə planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR