Azərbaycanda avqustda gündəlik neft hasilatı 554 min barel olub

Azərbaycanda avqustda gündəlik neft hasilatı 554 min barel olub
# 15 sentyabr 2022 13:29 (UTC +04:00)

2022-ci ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barel olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 554 min barelini xam neft, 87 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 30-cu iclasında qəbul edilmiş qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barelə çatdırılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR