Azərbaycanda avtomobil istehsalı yarım ildə 9% azalıb

Azərbaycanda avtomobil istehsalı yarım ildə 9% azalıb
# 15 iyul 2021 12:15 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 795 minik avtomobili istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9% və ya 78 vahid azdır.

Təkcə may ayında 142 avtomobil buraxılıb ki, bu da aprel ayı ilə müqayisədə 3 vahid çoxdur. İyulun 1-nə hazır məhsul ehtiyatı 144-də bərabərdir.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR