Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 25% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 25% artıb
# 15 sentyabr 2022 13:57 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 79,5 mln. ton yük, 892,2 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə daşımalar üzrə müvafiq olaraq 11,8 faiz və 25,0 faiz artım qeydə alınıb.

“Sərnişinlərin 94,1%-i avtobus, 5,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR