Azərbaycanda "AvtoVAZ"ın satışı dayanıb - EKSKLÜZİV

Azərbaycanda "AvtoVAZ"ın satışı dayanıb   - EKSKLÜZİV
# 01 iyun 2022 16:04 (UTC +04:00)

Azərbaycanda yeni "Lada" modellərinin satışı dayanıb.

"APA-Economics"in avtomobil bazarından əldə etdiyi məlumata görə, bu markanın Azərbaycanda rəsmi təmsilçisi "Xəzər-Lada"nın satışları aprel ayından etibarən dayanıb. Səbəb kimi Rusiyada istehsalın dayanması və buna görə də Azərbaycana yeni modellərin gətirilməməsi göstərilir.

"Xəzər-Lada"nın rəhbərliyindən "APA-Economics"ə Rusiyada istehsalla bağlı problemin olduğunu təsdiqləsələr də, Azərbaycanda satışların dayanmadığını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl şirkətdən verilən açıqlamada iyun ayına qədər bütün sifarişlərin "AvtoVAZ" tərəfindən qəbul edildiyi bildirilmişdi.

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda 268 yeni "Lada" satılıb. Rusiya avtomobilin markası bu göstərici ilə ən çox satılan avtomobillər siyahısında dördüncü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR