Azərbaycanda benzinin istehsalı artıma keçib - CƏDVƏL

Azərbaycanda benzinin istehsalı artıma keçib - CƏDVƏL
# 16 noyabr 2022 13:31 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 294,1 mln. manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumu istehsalı 3,7% artıb.

Məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu istehsalı 2,2 faiz, avtomobil benzininin istehsalı 0,7% artıb.

Qeyd olunur ki, hesabat dövründə ölkədə dizel yanacağının istehsalı 18,9%, neft koksunun istehsalı 24,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 29,2%, sürtkü yağlarının istehsalı isə 33,1% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb, bu da məhsulların istehsal həcminə təsirini göstərib.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-oktyabr 2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

1 037

100,7

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

242,3

70,8

Ağ neft, min ton

464,1

115

Dizel yanacağı, min ton

1 673,3

81,1

Yanacaq mazutu, min ton

76,2

2,2 dəfə

Sürtkü yağları, min ton

32,4

66,9

Neft bitumu, min ton

308,1

102,2

Neft koksu, min ton

165,5

75,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR