Azərbaycanda benzinin və dizel yanacağının istehsalı kəskin azalıb

Azərbaycanda benzinin və dizel yanacağının istehsalı kəskin azalıb
# 17 iyun 2022 14:57 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 365,5 mln. manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 18,4% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 40,3% artıb, avtomobil benzininin istehsalı 19,2%, sürtkü yağlarının istehsalı 25,3%, dizel yanacağının istehsalı 33,4%, neft kimya sənayesində istifadə üçün benzin istehsalı 36,7%, neft koksunun istehsalı isə 44,8% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-may 2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

386,8

80,8

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

111,9

63,3

Ağ neft, min ton

199,1

105,1

Dizel yanacağı, min ton

677

66,6

Yanacaq mazutu, min ton

61,4

2,5 dəfə

Sürtkü yağları, min ton

17,1

74,7

Neft bitumu, min ton

129,4

140,3

Neft koksu, min ton

61

55,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR