Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı kəskin artıb

Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı kəskin artıb
# 14 sentyabr 2022 14:10 (UTC +04:00)

Yanvar-avqust aylarında su da daxil olmaqla bərpa olunan mənbələrdən 1555,4 mln kVt/saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 352,6 mln. kVt-saat və ya 29,3% çoxdur.

APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.

“Yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 352,6 mln. kVt/saat artımla 1555,4 mln kVt/saat elektrik enerjisi istehsal edilib”, - paylaşımda qeyd olunub.

Məlumata görə, hesabat dövründə bərpa olunan stansiyaların istehsal etdiyi elektrik enerjisinin ümumi istehsalda payı 8% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR