Azərbaycanda bu il 10 milyon tibbi maska istehsal olunub

Azərbaycanda bu il 10 milyon tibbi maska istehsal olunub
# 19 may 2021 16:36 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9,8 mln. ədəd tibbi maska istehsal edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Təkcə aprel ayında ölkədə 2,6 mln. ədəd maska istehsal olunub ki, bu da mart ilə müqayisədə 85,7% çoxdur.

Qeyd edək ki, mayın 1-nə ölkədə hazır maska ehtiyatı 2,7 mln. ədəd təşkil edib ki, bu da aylıq müqayisədə 6,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR