Azərbaycanda bu il avtomobil yanacağına 1,7 mlrd. manatdan çox xərclənib

Azərbaycanda bu il avtomobil yanacağına 1,7 mlrd. manatdan çox xərclənib
# 12 sentyabr 2022 12:45 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 749,8 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR