Azərbaycanda bu il benzin və dizel istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda bu il benzin və dizel istehsalı azalıb - CƏDVƏL
# 14 sentyabr 2022 12:41 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6% artıb, avtomobil benzininin istehsalı 2,5%, dizel yanacağının istehsalı 24,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, neft koksunun istehsalı 33,8%, sürtkü yağlarının istehsalı isə 42,2% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-avqust 2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

784,2

97,5

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

188,3

67,3

Ağ neft, min ton

357,4

106,1

Dizel yanacağı, min ton

1 264,5

75,3

Yanacaq mazutu, min ton

67,4

2,2 dəfə

Sürtkü yağları, min ton

23,4

57,8

Neft bitumu, min ton

257,5

108,6

Neft koksu, min ton

116,6

66,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR