Azərbaycanda bu il istehsal olunmuş tikinti materiallarının dəyəri 9% artıb

Azərbaycanda bu il istehsal olunmuş tikinti materiallarının dəyəri 9% artıb
# 17 iyul 2019 12:24 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,9% artaraq 399,5 mln. manat təşkil edib.

APA-Economics”in dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin ilk yarısında ikinti kərpicinin istehsalı 62,2%, tikinti əhənginin istehsalı 50,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 20,5% artıb, sementin istehsalı 5,2%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 45,6%, tikinti gipsinin istehsalı 81,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR