Azərbaycanda dekabrda gündəlik neft hasilatı 548 min barel olub

Azərbaycanda dekabrda gündəlik neft hasilatı 548 min barel olub
# 19 yanvar 2023 11:32 (UTC +04:00)

Ötən ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barel olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunun 548 min barelini xam neft, 120 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR