Azərbaycanda dəmir yolu ilə yük daşımaları 25%-dək artıb

Azərbaycanda dəmir yolu ilə yük daşımaları 25%-dək artıb
# 17 noyabr 2022 10:50 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 15,3 mln. ton yük, 3967,3 min sərnişin daşınmıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 24,8%, sərnişin daşınmasında isə 89% artım müşahidə olunub.

“Orta hesabla sutkada 371 vaqon yüklənib, 391 vaqon isəboşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,7 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR