Azərbaycanda dəniz suyundan propan-butan maye yanacağı əldə edilib

Azərbaycanda dəniz suyundan propan-butan maye yanacağı əldə edilib
# 21 yanvar 2022 17:32 (UTC +04:00)

Azərbaycanda mineral suların emalı texnologiyası əsasında məişətdə istifadə oluna biləcək propan-butan maye yanacağı əldə edilib.

Bunu "APA-Economics"ə layihənin rəhbəri Mürvət Qəribov deyib.

Onun sözlərinə görə, bu üsulun işlənilməsi istiqamətində son 15 il ərzində aparılan praktiki işlər artıq yekunlaşıb və texnologiya sənayeyə tətbiq mərhələsindədir.

"Dəniz suyunun minerallı su olduğundan yanacağın alınmasında məhz bu xammaldan istifadə olunur. Bizim ilkin olaraq aldığımız yanacaq təbii qazın alternativi idi. Bu gün isə biz artıq texnologiyanın yekun məhsulu olan propan-butan, yəni maye yanacaq şəklində olan bir məhsul kimi istifadəsinin mümkünlüyü təsdiqləmişik. Yanacaq balona yığılaraq rahat şəkildə istifadə oluna bilər. Əlavə olaraq isə istehsal prosesində yan məhsul – reagent alınır ki, bu da dezinfeksiya edici məhsul sayılır. Bu, əlavə olaraq, texnologiyanın iqtisadi səmərəliliyinin təsdiqləyir", - deyə M. Qəribov qeyd edib.

Təhlükəsizlik məsələsinə toxunan M. Qəribov bildirib ki, bütün yanacaq növlərinə aid olan təhlükəsizlik qaydaları bu texnologiyaya da yetərlidir ki, o istənilən sahədə istifadə oluna bilinsin.

"Bu yanacaq həm məişətdə, həm də maye yanacağı ilə işləyən avtomobillərdə rahatlıqla istifadə oluna bilər. Dünyanın üçdə ikisi dəniz və okean suyu olduğunu nəzərə alsaq, deyə bilərik ki, texnologiyanın xammalı tükənməzdir. Yanacağı əldə etmək üçün sadəcə elektrik enerjisi istifadə olunur. Alınan yanacağın 40%-ni yandırmaqla texnologiyanın işləməsinə yetərli elektrik enerjisini əldə etmək mümkündür. Yəni heç bir əlavə xərc çəkmədən məhsulun qalan 60%-i sırf mənfəətdir. Bu texnologiya iki üsul vasitəsilə yaranıb ki, onlar da hazırda Azərbaycanda patentləşdirilib", - deyə M. Qəribov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR