Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 9240,1 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artıb.
Bildirilib ki, hesabat dövründə ölkənin elektrik enerji ixracı 518,6 mln kilovatt-saat, idxalı isə 40,7 mln. kilovatt-saat təşkil edib.