Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb
# 21 dekabr 2021 09:37 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında ölkə üzrə elektrik enerjisinin istehsalı 2 408,9 mln. kVt-saat, ixracı 233,9 mln. kVt-saat, idxalı 10,4 mln. kVt-saat olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 288,4 mln. kVt-saat, ixrac 146,1 mln. kVt-saat artıb, idxal isə 0,3 mln. kVt-saat azalıb.

Cari ilin ilk 11 aylarında respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 843,4 mln. kVt-saat artaraq 25 264,8 mln. kVt-saat olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1 672,0 mln. kVt-saat artaraq 23 764,2 mln kVt-saat, SES-lərdə 180,4 mln. kVt-saat artaraq 1 193,5 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9 mln. kVt-saat azalaraq 307,1 mln. kVt-saat olub. Külək elektrik stansiyalarında 82,7 mln. kVt-saat, günəş elektrik stansiyalarında 51,9 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 172,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

11 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 686,5 mln. kVt-saat (İES-lərdə 21 632,8 mln. kVt-saat, SES-lərdə 1 053,7 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 418 mln. kV-saat (İES-lərdə 243,4 mln. kVt-saat, SES-lərdə 126,5 mln. kVt-saat, GES-də 48,1 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60,3 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 2 100,0 mln. kVt-saat təşkil edib.

2021-ci ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 1 389,5 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 400,5 mln. kVt-saat artıb.

Bu dövrdə elektrik enerjisinin idxalı 141 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,3 mln. kVt-saat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR