Azərbaycanda əmtəəlik qaz hasilatı artıb, neft hasilatı isə azalıb

Azərbaycanda əmtəəlik qaz hasilatı artıb, neft hasilatı isə azalıb
# 18 may 2023 09:22 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17,3 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% azalıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 16 527,3 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,9% azdır.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı

2023-cü ilin yanvar- aprel aylarında istehsal edilmişdir,

milyon manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə),

faizlə

Mədənçıxarma sənayesi

17303,8

95,9

Xam neft və təbii qaz hasilatı

16527,3

96,1

Metal filizlərinin hasilatı

107,3

89,1

Mədənçıxarma sənayesinin digər sahələri

61,3

94,4

Mədənçıxarma sənayesi

sahəsinə xidmətlərin göstərilməsi

607,9

83,9

Məlumata əsasən, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 10 202,5 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 12 215,2 mln. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% azalıb, əmtəəlik qaz hasilatı isə 1,9% artıb”, - hesabatda qeyd olunur.

Xam neft və təbii qaz hasilatı:

Məhsul növləri

2023-cü ilin yanvar- aprel aylarında istehsal

edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.05.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

10227,9

92,0

269,1

ondan əmtəəlik

10202,5

92,0

269,1

Təbii qaz, milyon kub metr

16142,1

102,5

-

ondan əmtəəlik

12215,2

101,9

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR