Azərbaycanda əmtəəlik səmt qazı istehsalı 30 faizdən çox artıb

Azərbaycanda əmtəəlik səmt qazı istehsalı 30 faizdən çox artıb
# 27 yanvar 2022 14:20 (UTC +04:00)

Ötən il Azərbaycanın neft yataqlarından 15 065,6 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 13,2% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ildə ölkədə 13 307 mln. kubmetr səmt qazı hasil edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 4 477 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 31,2% çoxdur. Belə ki, 2020-ci ildə bu göstərici 3 412,6 mln. kubmetrə bərabər olub.

Xatırladaq ki, ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 35,1 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 1,9% çoxdur.

Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 34,5 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 32,6 mlrd. kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 0,1 %, əmtəəlik qaz hasilatı isə 23% artıb.

Hesabat dövründə respublikada 34,58 mln. ton neft və 43,86 mlrd. kubmetr qaz hasil edilib, bu da illik müqayisədə müvafiq olaraq 0,1% və 18% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR