Azərbaycanda enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 3,5% artıb

Azərbaycanda enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 3,5% artıb
# 16 noyabr 2022 17:29 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 288,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 406,8 mln. manat təşkil edib, bu da illik müqayisədə 5,7% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 614,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,1% çoxdur. Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 444,3 mln. manat təşkil edib, bu da 18,2% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR