Azərbaycanda istehsal olunan tikinti materiallarının dəyəri 3,8% artıb

Azərbaycanda istehsal olunan tikinti materiallarının dəyəri 3,8% artıb
# 19 noyabr 2019 18:28 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri 3,8% artaraq 648,7 milyon manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, tikinti kərpicinin istehsalı 41,4%, tikinti əhənginin istehsalı 51,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 27,8% artıb, sementin istehsalı 2%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 55,4%, tikinti gipsinin istehsalı 71,7% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR