Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb - CƏDVƏL

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb - CƏDVƏL
# 14 sentyabr 2022 13:51 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 1540,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 76,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 8,5%, kimya sənayesi məhsullarının istehsalında isə 7,1% artıb.

Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 52,6%, kimya məhsullarından metanol (metil spirti) istehsalı 81,3%, lak-boya məmulatlarının istehsalı 11% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 31,7% azalıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2022-ci il, yanvar-avqust

2021-ci ilə müvafiq göstəricisinə nisbətən, %

Azot, min kubmetr

15 481,2

102,9

ondan əmtəəlik

943,3

154,3

Yod, ton

124,4

112,4

Oksigen, min kubmetr

3 297,8

51,2

ondan əmtəəlik

3 037,1

47,3

Propilen, min ton

80,7

86,3

ondan əmtəəlik

77,5

88,4

Polietilen, min ton

84,5

79,1

Etilen, min ton

86,2

79,2

Metanol (metil spirti), min ton

357,5

181,3

Lak-boya məmulatları, ton

20 199,4

111

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

35 645,6

124

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR