Azərbaycandakı külək elektrik stansiyaları istehsalı kəskin artırıb

Azərbaycandakı külək elektrik stansiyaları istehsalı kəskin artırıb
  • Clock-gray 15:08
  • calendar-gray 17 İyul 2019

Azərbaycanda bu ilin birinci yarısında Azərbaycanda küləklə işləyən stansiyalar 57,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-iyun aylarında günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 21,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (9,3%-lik artım).

Qeyd edək ki, Azərbaycanda bu ilin birinci yarısında 12 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,6% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date