Azərbaycanda metallurgiya sənayesində istehsal 17%-dək artıb - CƏDVƏL

Azərbaycanda metallurgiya sənayesində istehsal 17%-dək artıb - CƏDVƏL
# 20 yanvar 2022 13:49 (UTC +04:00)

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2021-ci ildə 1141,8 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 17,4%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,9% artım müşahidə olunub.

2021-ci ildə hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 26707,1 ton qara metallardan sair konstruksiyalar istehsal edilib, metaldan sair məmulatların istehsalı isə 7,2 dəfə artıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində istehsal edilən əsas məhsullar:

Məhsul növlәri

2021-ci ildə istehsal edilib

Əvvəlki ilə nisbətən, %

Metallurgiya sәnayesi mәhsulları

Polad tökmә, min ton

304,1

122,0

Armatur, min ton

318,1

142,6

Polad borular, min ton

47,1

154,9

Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton

21,3

71,2

Alüminium çubuqlar, millәr vә profillәr, ton

2734,4

107,5

Hazır metal mәmulatlarının istehsalı

Qara metallardan yığma tikinti konstruksiyaları, min manat

23299,2

92,5

Qara metallardan sair konstruksiyalar, ton

26707,1

72,2

Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton

5535,0

105,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR